Yevlax rayonu Balcılı bələdiyyəsinin sədri Lyüba Zeynalovanın Belediyye.infoya verdiyi məlumata görə, cari ilin birinci yarısında bələdiyyənin büdcə gəlirlərinin həcmi 14.086 manat, bununla yanaşı ötən ilin büdcə qalığı isə 2086 manat olub.
əldə edilən maliyyə vəsaitinin 2.595 manatı torpaqdan icarə vergisindən, 1.292 manatı torpaq vergisindən, 400 manatı əmlak vergisindən, 8000 manatı alqı-satqı əməliyyatlarından və 1800 manatı isə dotasiyadan daxil olub.
Balcılı bələdiyyyəsi əldə etdiyi vəsaitdən kəndin abadlığına, sosial yardıma və təmir-bərpa işlərinə sərf edib.
Sədr L.Zeynalovanın sözlərinə gğrə, kənd qəbirstanlığında təmir işlərinə 2000 manat, kənddə abadlıq işlərinə 2.460 manat, aztəminatlı ailələrə maddi yardımlara 608 manat xərclənib.
Ümumilikdə bələdiyyə altı ay ərzində 12.859 manat xərcləyib.
Qeyd edək ki, Balcılı bələdiyyəsinin 9 nəfər üzvü vardır. Bələdiyyə ərazisində Balcılı və Ağqırıx kəndlərini əhatə etməklə 1298 nəfər sakin yaşayır.
Sədr L.Zeynalovanın sözlərinə görə, bu gün bələdiyyənin əsas məqsədi sakinləri vergiyə cəlb etməklə onların qarşılaşdığı problemlərin həllinə vaxtında nail olmaqdır.
Onu da əlavə edək ki, Yevlax rayonunda formalaşan bələdiyyələrdən yalnız Balcılı bələdiyyəsinin bank hesabı bağlı deyil və hər hansı təşkilata borcu yoxdur.
Belediyye.info